Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Gürcüstanın yeni parlamentində 4 azərbaycanlı, 3 erməni deputat olacaq


AzərTac-ın yaydığı xəbərə görə Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb.

‘Hakim Gürcü Arzusu partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar’ – deyilir məlumatda.

Ölkənin əsas müxalifət partiyası “Vahid Milli Hərəkat”ın üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.

Savalan Mirzəyevi çıxmaq şərtilə qalan üç azərbaycanlı köhnə parlamentdə də təmsil olunmuşdular.

Ermənistanın xəbər agentlikləri “Gürcüstanın Erməni İcması” təşkilatının məlumatına görə bildirirlər ki, Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərinin nəticəsi olaraq qanunverici orqana 3 erməni deputat seçilib.

Bu da xəbər verilir ki, əsasən ermənilərin məskunlaşdığı Cavaxetiyada seçki fəallığı 50 faizdən bir qədər yuxarı olub.

Bu da bildirilir ki, birmandatlı Axalkalaki dairəsində hakim Gürcü Arzusu partiyasının namizədi Genzel Mkoyan qalib gəlib. Ona seçicilərin 63, 42 faizi səs verib.

Erməni saytları yazırlar ki, bütün Gürcüstan üzrə səslərin hesablanması hələ başa çatmasa da, parlkamentə seçilmiş erməni deputatların kimliyi məlumdur.

Beləliklə 2016-2020-ci illərdə fəaliyyət göstərəcək parlamentdə erməni icmasını Genzel Mkoyan, Samvel Manukyan və Ruslan Poqosyan təmsil edəcəklər. Onların üçü də hakim partiyanın nümayəndələridir.

Gürücüstan azərbaycanlıları və erməniləri Mərkəzi Seçki Komissiyasının, habelə yerli dairə komissiyalarının işinə fəal cəlb ediliblər.

Gürcüstan MSK-nın məlumatına görə ölkədə 207 gürcü-azərbaycan, 133 gürcü-erməni və 4 gürcü-azərbaycan-erməni sahə dairələri var.

73 mandat uğrunda mübarizə aparan 850 namizəddən 12-si erməni, 22-si azərbaycanlılar idi.

Proporsional seçkidə 6 erməni və 6 azərbaycanlı namizəd vardı.

Bu arada İraqdakı Kurdistan24 agentliyi xəbər verib ki, Tbilisi sakini olan bir yezidi Gürcüstan parlamentinə mandat qazana bilib.

İsko Dasni hakim Gürcü Arzusu partiyasını təmsil edir. Rəsmi statistikaya görə Gürcüstanda 12 min yezidi var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG