Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Britaniya Qırğızıstanda terror təhlükəsinin artdığını deyir


Foto arxiv

Foto arxiv

Britaniyalı diplomatlar Qırğızıstanda terror təhlükəsinin yüksək olduğunu xəbərdarlıq edirlər.

Regnum agentliyinin məlumatına görə, Böyük Britaniyanın xarici işlər nazirliyi bu ölkədə terror aktı, insanların oğurlanması və girov götürülməsi riskinin artığını bildirib.

Nazirlik Britaniya vətəndaşlarına qarşı təhlükə barədə konkret informasiya olmadığını desə də vətəndaşlarına ictimai yerlərdə sayıq olmağı məsləhət görüb.

Regnum agentliyinin məlumatına görə, ABŞ səfirliyi də bundan əvvəl, oktyabrda Qırğızıstanda yerli hakimiyyət orqanları və xarici diplomatlara qarşı terror hücumlarının mümkünlüyü barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG