Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan sahibkarları dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. İxrac ölkələrinin sayı 102, məhsul idxal edilən ölkələrin sayı isə 167 olub.

Dövlət Statistika Komitəsinin yeni açıqladığı bilgilərdə belə bildirilir.

Həmin müddətdə xarici ticarət dövriyyəsi 14 055,1 milyon dollar təşkil edib. İxracın dəyəri 8 515,1 milyon, idxalın dəyəri isə 5 540,0 milyon dollar olub.

Komitə 2 975,1 milyon dollarlıq müsbət ticarət saldosu yarandığını qeyd edir.

Buna da bax:​ `Made in Azerbaijan' brendinin təşviqinə 3 milyon manat ayrıldı

İstehsalçı qiymətlərində 16 faiz bahalaşma

Ticarət dövriyyəsinin 38,2 faizi Avropa İttifaqı, 12 faizi MDB ölkələrinin payına düşür.

İxracda əsas yeri xam neft, təbii qaz, neft məhsulları, idxalda isə maşın, mexanizm, ərzaq məhsulları tutur.

Əvvəlki illə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye məhsullarının istehsalçı qiymətləri 16,4 faiz bahalaşıb.

Bahalaşma mədənçıxarma sənayesində 18, emal sənayesində 10,8, elektrik enerjisi, qaz , buxar istehsalı, bölüşdürülməsi və təchizatında 7, su təchizatı sahəsində isə 4,2 faiz olub.

XS
SM
MD
LG