Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Gürcustan erməniləri hakim “Gürcü arzusu” koalisiyasından deputatlığa namizəd Georgi Margvelashviliyə səs veriblər.

Bu barədə News.am agentliyi Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyana istinadla xəbər verir.

İlkin məlumata görə, Margvelashvili Axalkalakidə 65, Ninosmindada isə 70 faiz səs toplayıb.

“Vahid milli hərəkat” partiyasından deputatlığa namizəd David Bakradze isə bu rayonların hər birində 20 faiz səs yığıb.

Səfir ümumilikdə Gürcüstanda seçici fəallığının yüksək olmadığını, amma ölkədə növbəti sivil seçki keçirildiyini deyir.

MSK-ın ilkin məlumatına görə, Margvelashviliyə 829 min 454 seçici səs verib ki, bu seçkidə iştirak edənlərin yarıdan çoxu deməkdir.

Buna görə də qalan məntəqələrdəki nəticələrdən aslı olmayaraq, o artıq qalibdir.

İlkin nəticələrə görə Margvelashvili ümumilikdə 62, 19, David Bakradze 21,86, parlamentin keçmiş sədri Nino Burcanadze isə 10, 04 faiz səs toplayıb.

Seçkidə 46,6 faiz seçici iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG