Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Bakının Nardaran qəsəbəsində baş verən olaylarla bağlı saxlanan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslər barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək. Onlar hakimiyyət əleyhinə iğtişaşlarda və bir sıra ağır cinayətlərdə ittiham edilirlər.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı, o cümlədən müavini A.Hüseynov həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG