Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Oktyabrın 9-da İstanbulda Azərbaycan dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüş zamanı Azərbaycanla Türkiyə prezidentləri iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçıları birgə şam ediblər.

Prezident İlham Əliyev oktyabrın 9-da Türkiyəyə gedib. O, Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak edəcək.

Bu gün, oktyabrın 10-da İstanbulda dünya enerji sammiti açılır. 50 ölkə başçısı, 54 baş nazirin, ümumilikdə 266 dövlət rəsmisinin qatılacağı sammitdə bir sıra iri enerji layihələri müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG