Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

Trump yeni qalmaqalın mərkəzində


ABŞ prezidentliyinə namizəd Donald Trump
ABŞ prezidentliyinə namizəd Donald Trump

“The Washington Post” ABŞ prezidentliyinə namizəd Donald Trump onunla bağlı video materail paylaşandan sonra o, yeni qalmaqalla üzləşib.

Qəzetin yaydığı video materialda Trump-ın qadınları ələ almaq üçün onlara necə kələk gəlməsindən bəhs olunur. O, istənilən qadını ələ ala bilməklə lovğalanıb.

Buna da bax: Donald Trump-ın azərbaycanlı ortağı

Video yazı 11 il əvvəl aparılıb. Avtobusda “Access Hollywood” proqramının aparıcısı Bill Bush-la söhbətində Trump danışır ki, ərli bir qadını necə yoldan çıxarmağa çalışıb. O, söhbətində qadını təsvir edərkən nalayiq ifadələrdən də istifadə edir. Söhbət verilişdə onunla bərabər efirdə qonaq olacaq aktrisadan düşəndə prezidentliyə namizəd lovğalanır ki, o, istənilən qadını ələ ala bilər.

Donald Trump bunu “kişi söhbəti” adlandırıb: “Mən özünü təhqir olunmuş sayan hər kəsdən üzr istəyirəm” o deyib.

Trump-ın qadınlara münasibəti seçki kampaniyasında ona tənqid gətirən məsələlərdən biridir.

XS
SM
MD
LG