Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

ADO teatrı yeni bir səs-küylü tamaşayla gəlir


Müstəqil ADO teatrın, "Yağış, yağış, yağış" tamaşasının posteri.
Müstəqil ADO teatrın, "Yağış, yağış, yağış" tamaşasının posteri.

-

Məşhur fransız dramaturqun pyesi ilk dəfə Azərbaycan teatrında – PREMYERA

Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi müstəqil ADO teatrında nümayiş olunacaq. Bu barədə teatr Oxu Zalına məlumat verib.

Dramaturqun pyesi bir çox dillərə tərcümə olunub, bir çox ölkələrdə onun tamaşaları hazırlanıb. Lakin Azərbaycanda adıçəkilən dramaturqun pyesi tərcümə edilməmiş və səhnələşdirilməmişdir.

Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə tərcümə olunub.

Buna da bax: ADO-nun "Cənnətin işğalı" necə baş tutub? [Fotolar]

“yağış, yağış, yağış” adlı tamaşa 11 oktyabr saat 19:00-da ADO teatrında nümayiş olunacaq. Tamaşanın rejissoru ADO`nun fransız əsilli aktrisası Elsa Furtadodur. Monotamaşanı teatrın təsisçi və rəhbəri olan aktyor Elmin Bədəlov canlandıracaq. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.

Onu da qeyd edək ki, premyerada fransız diplomatlar da iştirak edəcək.

Dramaturq haqda: Bernar-Marie Koltes yazdığı pyeslərə görə bir zamanlar Fransanın özündə qəbul olunmur, onun əsərləri dramaturqlar arasında polemikalara səbəb olurdu. Onun polemikalara səbəb olan əsərləri hər zaman cəmiyyətin tabularına qarşı olub. Lakin zaman keçdikdən sonra Koltes Fransada məşhurlaşır və onu modern yazıçı kimi qəbul edirlər. Yazıçı homoseksual olub. Onun ilk pyesini öz sevgilisi səhnələşdirib. Koltes gənc yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG