Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Oktyabrın 7-də Bakıda iki intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Binəqədi rayonunda 16 yaşlı yeniyetmə qız özünə qəsd edib. Rayonun Xocahəsən qəsəbəsində yaşayan Aygün Qəniyevanın asılmış meyiti aşkarlanıb.

A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

Olayın səbəbi, hələlik, açıqlanmır. Araşdırma gedir.

Daha bir intihar olayının Sabunçuda baş verdiyi deyilir. Orda da yeniyetmənin canına qıydığı söylənir.

18 yaşlı Xəyal Yəhyalının da asılmış meyiti aşkarlanıb.

2 il əvvəl anasını itirmiş gəncin depressiyada olduğu söylənir.

Son vaxtlar Azərbaycanda intiharların sayının artdığı bildirilir. Ekspertlər intiharların səbəblərinin ayrılıqda obyektiv araşdırılmasından ötrü yeni, müstəqil bir mərkəzin yaradılmasını istəyirlər. Onların fikrincə, hökumət orqanları intiharların gerçək səbəblərini cəmiyyətdən gizləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG