Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

Oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsi NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın şikayətini rədd edib. Gəncin ev dustaqlığına buraxılması istənilirdi.

Ötən ay rayon məhkəməsi ev dustaqlığına buraxılmaqla bağlı müraciəti təmin etməmişdi. Apellyasiya instansiyası həmin qərarı haqlı hesab edib.

Bu haqda onun vəkili Fariz Namazlı məlumat verib.

E. Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E. Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E. Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG