Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Oktyabrın 6-da Nyu-Yorkdakı Manhattan körpüsündən Rusiya prezidemnti Vladimir Putinin nəhəng portreti asılıb.

CBS kanalının məlumatına görə, eni 6, uzunluğu isə 9 metr olan portretin altından “Sülh keşikçisi” sözü yazılıb.

Şəhər hakimiyyətinin nümayəndələri portreti dərhal götürüblər.

Polis portretin kimlər tərəfindən asılmasını aydınlaşdırmaq üçün hazırda müşahidə kamerasının qeydə aldığı görüntüləri araşdırır.

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 64 yaşı tamam olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG