Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Bu gün, oktyabrın 7-si Mərkəzi Bankda (MB-də) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

MB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dollarına 1.6036 manat məzənnəsi ilə başlayıb, 1.6006 manat ilə də yekunlaşıb.

Oktyabrın 5-dən MB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəki əsasında müəyyənləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG