Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Haitidə “Metyu” qasırğası nəticəsində 330-dan çox adam ölüb.

Bu barədə Reuters agentliyi yerli hakimiyyətə istinadla oktyabrın 7-də məlumat yayıb.

Ən çox ziyan sahil şəhərlərinə dəyib.

BMT, hazırda ölkədə 350 minə yaxın adamın təcili yardıma ehtiyacı olduğunu bildirir.

Qasırğa hazırda ABŞ-ın şərq sahillərinə doğru hərəkət edir.

Həmin rayonlardan indiyədək 2 milyondan çox adam evakuasiya edilib.

Florida, Corcia, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.

Floridada məktəblər, universitetlər və hökumət idarələri bağlanıb.

Məlumata görə, bu 2004-cü ildən bu yana ABŞ sahillərinə üz tutan ən güclü qasırğadır.

ABŞ-ın qasırğalar üzrə milli mərkəzi “Metyu” nun 2007-ci ildən bu yana Atlantikada ən güclü qasırğa olduğunu deyir.

Ona təhlükə baxımından 5 mümkün baldan 4-ü verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG