Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Bukmeykerlər yenə Murakamini Nobelə ən şanslı namizəd hesab edir [siyahı]


Yapon yazıçısı Haruki Murakami.
Yapon yazıçısı Haruki Murakami.

-

Ədəbiyyat üzrə Nobel mükafatının verilməsinə bir həftədən də az qaldığı vaxtda gözlər bu ada ən şansı namizədlər İrlandiyalı booker mükafatı lauriyyatı John Banville ilə və illərdir Nobelə ən şanslı​ namizəd hesab edilən yapon yazıçı Haruki Murakami arasında olan siyahıya dikilib. Dünyanın bütün bukmekerləri əsasən bu iki yazıçı arasındakı siyahını əsas götürür.

Buna da bax: Nobel sülh mükafatı Kolumbiya prezidentinə verildi

Nobelə layiqli yazıçıları seçən İsveç Akademiyasının 18 üzvü isə seçimlərini Alfred Nobelin arzusuna əsaslandırırlar. A. Nobel namizədlərdə keyfiyyət kimi "ədəbiyat sahəsində ən çox diqqətçəkmək və ideal istiqamətlərdə fəaliyyət göstərmək" tələb edirdi. Belə şayiə gəzir ki, İsveç Akademiyasının üzvləri arasındakı, uzlaşmama səbəbindən ədəbiyyat üzrə mükafatın qalibinin elan edilməsi ləngiyib, lakin Akademiyanın üzvü Per Wästberg İsveç mediasına müsahibəsində bu iddiaları təkzib edib, qalibin adının oktyabrın 13-də bəlli olacağını bildirib.

Amerikalı yazıçı Philip Roth ard-arda bir neçə ildir Nobelə ən şanslı namizədlərdən biri hesab olunur.
Amerikalı yazıçı Philip Roth ard-arda bir neçə ildir Nobelə ən şanslı namizədlərdən biri hesab olunur.

Cümə axşamı səhəri Ladbrokers mərc şirkətinə görə Ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizəd 4/1 əmsalla yapon yazıçısı Haruki Murakami olub. Murakaminin ardınca 6/1 əmsalla suriyalı şair Adonis və 7/1 əmsalla Amerikalı yazıçı Philip Roth gəlir.

Ladbrokes dünyaca nüfuzlu Kenya yazıçısı Ngugi wa Thiong’o 10/1 əmsalla dördüncü yerə, Amerikanın ən məhsuldar yazıçısı Joyce Carol Oates-i beşinci yerə, alban yazıçısı Ismail Kadare-niJavier Marías-ı yeddinci yerə qoyub. Siyahının sonlarında 20/1 əmsalla İrlandiyalı yazıçı John Banville, portuqal yazıçı Antonio Lobo Antunes, Norveç yazıçısı Jon Fosse, korealı şair Ko Un və s. dayanırlar.

Buna da bax: Nobel mükafatı kimə çatacaq? Ən çox kimə pul qoyurlar?

"Murakami yenə də zirvədədir - o neçə ildir dalbadal Nobelə ən şansı namizəd olur, onun pərəstişkarları heç olmasa bu il onun ədəbiyyat üzrə Nobeli alacağına ümüd edirlər" - deyə Ladbrokes-in sözçüsü Alex Donohue bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG