Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Bu gün BMT Təhlükəsizlik Şurası növbədənkənar toplantı keçirib Suriya məsələsini müzakirə edəcək. BMT Hələbin bombalanmasını dayandırmaqdan ötrü islamçı yaraqlıları yola gətirməyi, onların şəhərdən çıxmasına nail olmağı təklif edir.

BMT-nin Suriya təmsilçisi Staffan de Mistura-nın dediyinə görə, Hələbdə təxminən 900 islamçı döyüşçü var. Bu döyüşçülərlə danışıb, onları hansısa sığınacağa yerləşdirmək, bununla da minlərlə şəhər əhalisinin ölümünün qarşısını almaq olar. Əks halda şəhər ilin sonuna tamamilə dağıdıla bilər.

Staffan de Mistura döyüşçülər şəhəri tərk etməyə razı olsalar, onları şəxsən müşayiət edəcəyini bildirib.

Suriya və Rusiya hərbi hava qüvvələri Hələbi orda yerləşmiş yaraqlılara görə bombaladıqlarını deyirlər. Günlərdir davam edən hava əməliyyatları nəticəsində minlərlə sakin, o cümlədən uşaqlar həlak olub, binalar yerlə yeksan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG