Keçid linkləri

Təcili xəbərlər

Nobel mükafatçısı ac qalmağın faydasını da sübut edib


2016-cı il Tibb üzrə Nobel mükafatçısı Yoşinori Osumi
2016-cı il Tibb üzrə Nobel mükafatçısı Yoşinori Osumi

Əvvəl xəbər verdiyimiz kimi, tibb sahəsində 2016-cı ilin Nobel mükafatını 71 yaşlı yapon molekulyar bioloqu Yoşinori Osumi alıb. Alim autofagiyanı nizamlayan genləri aşkar edib ki, bu genlərdəki yanlışlıq xəstəliyə səbəb olur. Autofagiya lazımsız komponentləri təmizləməklə, yeni, cavan hüceyrələrə yol açır.

Bu günlərdə dünya mətbuatı Osuminin kəşfindən praktiki istifadə imkanlarından yazır.

Yapon aliminin kəşfi bir daha göstərir ki, ac qalmaq, oruc tutmaq faydalıdır və orqanizmin təmizlənməsinə yol açır.

Osuminin araşdırmaları xərçəngdən tutmuş Parkinsona qədər bir sıra xəstəlikləri daha yaxşı anlamağa kömək etməklə yanaşı, həmçinin, müəyyən müddət ac qalmanın faydasını da sübut edir.

Orqanizm stress vəziyyətində olduğu zaman, autofagiya özünün ən intensiv halına çatır. Məsələn, orqanizm ac qalanda hüceyrə enerjini öz daxili resursları, yığılmış zərərli maddələrin hesabına istehsal edir. Bu zərərli maddələrə ziyanlı, xəstəlik yarada bilən bakteriyalar da daxildir.

Yapon aliminin kəşfi bir daha göstərir ki, ac qalmaq, oruc tutmaq faydalıdır və orqanizmin təmizlənməsinə kömək edir.

"Osuminin kəşfi hüceyrələrin lazımsız komponentləri necə məhv etdiyini anlamaq baxımından yeni paradiqmin formalaşmasına yol açıb. Onun araşdırmaları autofagiyanın aclığa adaptasiya və infeksiyaya reaksiya kimi bir çox fizioloji proseslərdə vacib rol oynadığını göstərir", - Nobel komitəsinin press-relizində deyilir.

"Mən təəccübləndim. Bu xəbəri eşidəndə laboratoriyamda işləyirdim", Osumi deyib. Yoshinori Osumi Nobel mükafatına layiq görülmüş 23-cü yaponiyalıdır.

Buna da bax: 'Toyota'dan yeni robot sevgi və rahatlıq verir

1945-ci ildə Fukuoka şəhərində anadan olmuş Osumi 1974-cü ildə Tokio Universitetində doktor dərəcəsi alıb. Üç il Nyu-Yorkda Rokfeller Universitetində işlədikdən sonra 1988-ci ildə Tokio Universitetinə dönərək burada öz tədqiqat qrupunu yaradıb. Alim 2012-ci ildə Kioto mükafatına layiq görülüb.

Autofagiya anlayışı artıq 50 ildir ki, elmə məlumdur. Ancaq doktor Osuminin 1980-ci və 90-cı illərdə çörək mayası ilə apardığı eksperimentlər bu sahədə irəliyə doğru ciddi addım oldu.

Alim Yaponiyanın NHK kanalına verdiyi müsahibədə deyib ki, insan bədəni "özünü parçalama prosesini daim təkrarlayır. Yaranış və parçalanma arasında incə sərhəd mövcuddur. Həyat da elə bundan ibarətdir".

2016-cı ilin Nobel mükafatçıları 8 milyon İsveç kronu (931 min dollara yaxın) alacaqlar.

Ötən il fiziologiya və tibb kateqoriyasında Nobel mükafatı parazit qurdlarla mübarizə sahəsində araşdırmalarına görə irlandiyalı Uilyam C. Kempbel və yapon Satoşi Omuraya və malyariya ilə mübarizə sahəsində kəşflərinə görə çinli Youyou Tu-ya verilmişdir.

XS
SM
MD
LG