Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Waşinqton Post ABŞ-ın Pensilvaniya ştatında baş verən hadisədən yazır. 7 yaşlı qız uşağı bütün günü valideynlərini oyatmağa çalışıb. Sonra o, paltarını geyinərək məktəbə gedib. Gün ərzində narahatlığını heç kimə bildirməyən uşaq, evə qayıdan zaman, yolda məktəb avtobusunun sürücüsünə valideynlərini oyada bilmədiyini deyib. Polis uşağın hər iki valideynini evdə ölü tapıb.

Polis 26 yaşlı Christopher Dilly və 25 yaşlı Jessica Lally-nin yüksək dozada narkotik maddə qəbulundan öldüyü ehtimal edilir.

Evdə daha üç uşaq var imiş. Onlardan birinin 5, digərini 3 yaşı var. Ən kiçiyi isə 9 aylıqdır.

Evdə daha üç uşaq var imiş. Onlardan birinin 5, digərini 3 yaşı var. Ən kiçiyi isə 9 aylıqdır.

Uşaqlar heç bir xəsarət almayıblar, lakin yenə də müayinə olunmaq üçün xəstəxanaya aparılıblar. Bundan sonra onlar uşaq, gənclər və ailə departamentində yerləşdiriləcəklər.

Pensilvaniya ştatının Allegeni qraflığında baş vermiş bu hadisə bir daha yüksək dozada narkotik qəbulu halları və bunun ailələrə təsirini gündəmə gətirib.

Qraflığın səhiyyə rəsmilərinin hesabatına görə, yüksək dozada opioid (tiryəkə bənzər uyuşdurucu maddə) qəbulu ABŞ-da epidemiya halını alıb və Allegeni qraflığı da istisna deyil.

Hesabatda bildirilir ki, ötən il qraflıqda yüksək dozalı opioid qəbulundan 422 ölüm halı qeydə alınıb və bu ölkə tarixində ən böyük göstəricidir. Sənəddə bu sayın get-gedə artdığı da qeyd edilir.

Səhiyyə rəsmiləri bildiriblər ki, 7 yaşlı qızın yaşadığı məhəllədə bir gündən də az vaxt ərzində iki belə hal qeydə alınıb.

"Təkcə keçən il 3500 pensilvaniyalı bu səbəbdən həyatını itirib. Bu, əvvəlki ildən min nəfər çoxdur"

Pensilvaniya ştatının qubernatoru Tom Vulf ötən həftə ştat parlamentinin qarşısında çıxış edərək bildirib ki, ştatın üzləşdiyi opioid epidemiyası “əvvəllər misli görünməmiş ictimai səğlamlıq böhranıdır. Biz hər gün 10 pensilvaniyalını aludəçilik xəstəliyinə qurban veririk. Bu xəstəlik statusa, cinsə, irqə və sərhədlərə məhəl qoymur. …Təkcə keçən il 3500 pensilvaniyalı bu səbəbdən həyatını itirib. Bu, əvvəlki ildən min nəfər çoxdur".

Vulfun sözlərinə görə aludəçilik çox zaman görünməz problem olsa da, pensilvaniyada o görünür. "İtirilmiş həyatlarda. Dağılmış ailələrdə. Laxlamış icmalarda", o deyib.

2014-cü ildə bütün Birləşmiş Ştatlarda herion kimi opioidlər və həkim resepti ilə alınan ağrıkəsicilər 28 mindən çox adamın həyatına son qoyub. Xəstəliklərə nəzarət və Profilaktika Mərkəzlərini (CDC) verdiyi məlumata görə yüksək dozada opioid qəbulundan ölüm hallarının ən azı yarısında reseptlə alınmış dərmanlardan istifadə olunub. Məlumatda həmçinin qeyd edilir ki, bütün ölkədə bu səbəbdən baş vermiş ölüm halları 1999-cu ildən bəri dörd dəfə artıb.

​Ötən ay Massaçusets ştatında xırdavat dükanının işçisi çəhrayı pijamalı körpənin dükanın oyuncaq şöbəsində bayılaraq halsız qalmış anasını oyatmağa çalışdığı səhnəni görüntüləmişdi. İfrat dozada narkotik qəbulundan bayılmış ana sağ qalsa da, ona qarşı uşağı təhlükəyə atmaq maddəsi ilə iş başlanıb. Onun qızı isə uşaq mühafizə xidmətlərinin nəzarətinə verilib.

Ötən ay Ohayo ştatında polis, içərisində sürücü də daxil olmaqla iki şəxsin halsız olduğu maşını qeydə alıb. Polis arxa oturacağında 4 yaşlı uşağın olduğu avtomobilin ədarəsiz hərəkət etdiyini görüb. Şəhər meriyası bu dəhşətli mənzərənin görüntüləndiyi fotonu öz Facebook səhifəsində yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG