Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:49

Gürcüstanda azərbaycanlıların səsi kimə gedir?


Borçalı kimə səs verəcək? Marneulidən reportaj
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Borçalı kimə səs verəcək? Marneulidən reportaj

Keçmiş millət vəkili, 43 yaşlı Ramin Babayev oktyabrın 8-də Gürcüstan parlamentinə keçiriləcək seçkidən qələbə ilə çıxacağına əmindir. AzadlıqRadiosu-na müsahibəsində mənsub olduğu “Vahid Milli Hərəkat” partiyasının hakimiyyət və müxalifət dönəmindən, namizədliyini verdiyi Qardabani rayonunun problemlərindən danışır:

Partiyanın Qardabani rayonu üzrə təşkilatının sədriyəm, yerli bələdiyyədə təmsil olunmuşam. 2008-2012-ci illərdə proporsional siyahı üzrə deputat seçilmişəm.

Ramin Babayev: 'Bu, yalan söhbətdir. Biz bacardığımız qədər bölgənin problemlərini qaldırmışıq'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Buna da bax:​ 30 nəfərə yaxın azərbaycanlı Gürcüstanda deputat olmaq istəyir

- 2012-ci ildə də namizədliyinizi vermişdinizmi?

- Xeyir. Çünki biz o vaxt hakim partiya idik və partiya hesab eləmişdi ki, parlament seçkilərinə gənc və yeni kadrlarla getsin. Partiyada hər kəsin missiyası vardı, o dövrdə mənim parlament missiyam artıq bitmişdi, partiya qalib gəlsəydi, icraedici orqanda təmsil olunacaqdım. Amma təəssüf ki, partiyamız uduzdu, müxalifətə keçdik. Aramızda bir neçə azərbaycanlı vardı, onlar hakimiyyət tərəfinə keçdilər, amma biz bir neçə nəfər mövqeyimizi dəyişmədik, komandamıza sadiq qaldıq.

Ramin Babayevin seçki kampaniyası
Ramin Babayevin seçki kampaniyası

- Ramin bəy, deputatlığa bir neçə azərbaycanlı namizədlə söhbətimiz olub, onlar gileylənirdilər ki, keçmiş deputatlarımız parlamentdə yalnız düyməni basırdılar, heç bizim dərdlərimizdən danışmırdılar, problemlərimizi qaldırmırdılar.

- Bu, yalan söhbətdir. Biz bacardığımız qədər bölgənin problemlərini qaldırmışıq, həllinə yardım göstərmişik. Bunu deyənlər, sadəcə, qara piardan istifadə edirlər. Sosial şəbəkələrdə, televiziyalarda danışırlar belə şeyləri, amma bunun son imtahanı seçkidir, xalqın səsidir.

Buna da bax:​ Gürcüstan parlamentinə azərbaycanlı namizəd: 'Bizimkilər kirimişcə dayanıblar'

- Qələbəniz nə qədər realdır?

- Çox realdır, reytinqlərə baxanda görürsən ki, mövqeyimiz üstündür. Partiyamızın azərbaycanlıların sıx yaşadığı bölgələrdə irəli sürdüyü namizədlərin hamısının reytinqi böyükdür. Seçicilərlə görüşlərdə də bunu hiss edirik, elə yer var ki, 70-80, elə yer var ki, 100 faiz dəstək görürük. Bunu hakimiyyət də bilir və seçkini udacağımızdan narahatdır, ona görə də müəyyən təzyiqlərlə üzləşirik. Onu da müşahidə edirik ki, hakimiyyət seçicilərin passivliyinə çalışır, istəyirlər ki, onlar seçkiyə gəlməsinlər. Seçkinin taleyi seçicilərin məntəqələrə gəlməsindən asılıdır, seçicilər nə qədər çox gəlsələr, qələbə çalmaq şansımız da bir o qədər çox olacaq.

Ramin Babayev: 'Azərbaycanlılar Şevardnadzenin vaxtından bəri həmişə hakimiyyətin yanında olub'
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

- Ramin bəy, seçicilər 8 il əvvəlki seçicilərdir, yoxsa dəyişib?

- 2012-ci ildə “Gürcü arzusu” (indiki hakimiyyətin həmin dövrdə təmsil olunduğu koalisiya – red.) çox yerdə, azərbaycanlıların sıx yaşadıqları yerdə seçkini udmuşdu. Çünki azərbaycanlılar Şevardnadzenin vaxtından bəri həmişə hakimiyyətin yanında olub, hakimiyyətin nümayəndəsinə səs vermişdi. Ancaq indi mənzərə dəyişib, ilk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifətdə təmsil olunurlar. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.

Buna da bax:​ Gürcüstanda azərbaycanlı namizəd: 'Plakatlarım cırılır, hədələnirəm, amma...'

- Azərbaycanlı seçicilər nə istəyir?

- Saakshvili-nin qayıtmasını istəyirlər. Çünki görürlər ki, “Gürcü arzusu” vədlərini yerinə yetirməyib. Kriminal durum pisləşir getdikcə. O vaxt “Gürcü arzusu” hakimiyyətə gələndən sonra amnistiya eləyib nə qədər kriminal adam var, hamısını buraxdı. Bizim vaxtımızda maşınını harda istəyirsən, qoyub gedə bilərdin, amma indi evinin qabağında belə saxlamağa ehtiyat edirsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG