Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona gedir.

Nazirliyin mətbuat xidməti bildirir ki, oktyabrın 6-dan 9-na kimi ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək.

Bu toplantıya maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılacaq.

İllik toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi mövzusunda müzakirələr aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG