Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Trump Vladimir Putin haqqında fərqli danışmağa başlayıb. Son çıxışında o, Putin-lə əməkdaşlığı genişləndirmək məsələsinin hələ sual altında olduğunu bildirib: «Mən Putin-i sevmirəm, nifrət də etmirəm. İşin gedişinə baxacağıq... Münasibətlərimiz bəlkə yaxşı olacaq, bəlkə də pis olacaq...».

Bir gün əvvəl respublikaçıların vitse-prezidentliyə namizədi Mike Pence rəqibi ilə debatda Putin-i «balaca və dalaşqan lider» adlandırmışdı.

Trump əvvəlki çıxışlarında Rusiya prezidenti Vladimir Putin-i güclü lider kimi tərifləyir, prezident seçilsə, onunla əlaqələri yaxşılaşdıracağını deyirdi. Demokratların namizədi Hillary Clinton buna görə Trump-ı dəfələrlə tənqid edib, ondakı mühakimə qabiliyyətinin prezidentliyə yaramadığını, Trump-ın «diktatorlara qorxulu rəğbəti» olduğunu deyib.

Kremlin sözçüsü Dmitry Peskov Amerikada seçki kampaniyası zamanı Rusiya və Rusiya liderinin adının tez-tez hallanmasından təəssüfləndiklərini deyib.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.

XS
SM
MD
LG