Keçid linkləri

Təcili xəbərlər

Xoşbəxtlik hormonu dini hissləri gücləndirir


Xoşbəxtlik hormonu adı ilə tanınan oksitosin insana məmnuniyyət hissi verərək narahatlıq, həyəcan hisslərini götürür və insanı rahatlaşdırır. Müəyyən olunub ki, hormon eyni zamanda insanın həm də ruhi vəziyyətinə təsir edə bilir.

Oksitosinin, həmçinin, insanda etibar hissini artırmaqla yanaşı, alkohol asılılığının öhdəsindən gəlməyə kömək edir.

Tədqiqatçı Petti van Kapellana görə, oksitosin bizim mənəvi hisslərimizi möhkəmlətməyə və dini inancı gücləndirməyə qadir bir hormondur.

Əvvəllər bu hormonun ehtiras hissi ilə əlaqəli olaraq qarşı cinsə marağı artırdığı deyilirdi. Oksitosinin, həmçinin, insanda etibar hissini artırmaqla yanaşı, alkohol asılılığının öhdəsindən gəlməyə kömək edir.

Bu hormon Van Kapellanı və onun komandasını maraqlandırdığına görə, onlar hormonun insan orqanizminə necə təsir göstərdiyi ilə bağlı araşdırmalara başlayıblar.

Tədqiqatçılar 83 nəfər ortayaşlı kişini təcrübəyə dəvət ediblər. Könüllülərə burun spreyi təklif edərək kollektiv mediatasiya etmək tövsiyyə edilib. Qrupun bir hissəsinə oksitotsin olan sprey, digərinə isə adi su olan plasebo verilib.

Əldə edilən nəticələr onu göstərib ki, oksitosin spreyini qoxlayan kişilər mənəvi hisslərin həyatlarında vacib yer aldığını, həyatlarının məqsəd və məna daşıdığını bildiriblər. Onların həmçinin daxilən başqa insanlara və həyata bağlılığa daha çox meylli olduqları da müəyyən edilib. Meditasiya zamanı oksitosin qəbul edən könüllülərin ümid, ilhamlanma, maraq, sevgi və rahatlıq kimi hisslər keçirdikləri də müəyyən edilib.

Buna da bax: QİÇS-dən tam sağalma ilk dəfə müşahidə olunub

Hormon təbii ki, bütün iştirakçılara eyni səviyyədə təsir göstərməyib.

Alimlərə görə, CD38 geni müəyyən edilən iştirakçılara oksitosin daha güclü təsir edib. Buna görə hesab edilir ki, bu genin struktur müxtəlifliyi cəmiyyətdə inanclı insanların və ateistlərin olduğunu izah edir.

XS
SM
MD
LG