Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Kanadalı filosof milyon dollarlıq mükafata layiq görülüb


Kanadalı filosof Charles Taylor.

Kanadalı filosof Charles Taylor.

-

Kanadalı filosof Charles Taylor bu il birinci dəfə verilən "Berggruen mükafatına"a layiq görülüb. Mükafat bundan sonra hər il "insanın özünüdərkinin formalaşmasına və insanlığın irəliyə doğru hərəkətinə təsir göstərmiş" düşüncə adamlarına veriləcək.

Bir milyon dollar həcmində olan mükafat filosofa dekabr ayının 1-ində New York şəhərində təntənəli mərasimlə veriləcək. Xatırladaq ki, alman milyarder Nicolas Berggruenin soyadını daşıyan İnstitut Los Angeles şəhərində yerləşir və əsas vəzifəsi idarəetməni və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı təkmilləşdirməyə yardımçı olmaq, Qərblə Asiya arasında intellektual mübadiləni təmin etməkdir.

Buna da bax: Pis rəftarla üzləşənlərin iztirablarını ifadə imkanları...

Berggruen mükafatına layiq görülmüş 84 yaşlı kanadalı filosof Charles Taylor dünyanın öndə gedən düşüncə adamlarından biridir. Onun ideyaları humanitar, sosial elmlərə, həmçinin ictimai münasibətlər sahəsinə böyük təsirə malikdir. Onun bir çox kitabı, xüsusilə "Özün mənbəyi" də daxil olmaqla şəxsiyyəti araşdıraraq Qərb sivilizasiyasını başa düşməyə yardımçı olur. Taylorun başqa bir kitabı "Sekulyar Əsr" dindar və dindar olmayan insanların sekulyar ideyaların hökmranlıq etdiyi əsrdə birgə yaşayışını araşdırır.

Münsiflər heyyəti cənab Tayloru "mədəni rəngarəngliyə əsaslanan siyasi birliyə" dəstək verdiyinə görə həmçinin "Qərb mədəniyyətinin təkcə rəngarəng olmaması həm də çoxlu mədəniyyətlərin təsiri ilə yaranması" haqda nəzəriyyəni inkişaf etdirdiyi üçün mükafata layiq bilib.

XS
SM
MD
LG