Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxacaq


İlqar Məmmədov və Tofiq Yaqublu (kombo foto)

İlqar Məmmədov və Tofiq Yaqublu (kombo foto)

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.

Bu haqda Tofiq Yaqublu məlumat yayıb.

“Axır ki, iqtidar cəsarətlənib İlqar Məmmədovla mənim işimə Ali Məhkəmədə baxılmasına qərar verdi. Noyabrın 18-i 2016-cı ildə” - deyə başqan müavini qeyd edir.

Buna da bax: 'İsmayıllı məhbusları' Ali Məhkəməyə şikayət edib

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

Buna da bax: Avropa Məhkəməsinə "sən qarışma" demək...

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T. Yaqublunun şikayətini də təmin edib.

Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG