Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

Məmmədyarov: 'Əfqanıstanın problemlərini yaxından başa düşürük...'


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

“Azərbaycan Əfqanıstanın həyata keçirdiyi dövlət və müvafiq təsisatların qurulması prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir”.

Bunu Avropa İttifaqının Əfqanıstana dair Brüssel konfransında çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. Konfrans oktyabrın 5-də keçirilib. Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ E.Məmmədyarov Brüsselə gedib

E.Məmmədyarov Azərbaycanın 25 il həll olunmamış münaqişədən ciddi əziyyət çəkdiyini, bu üzdən Əfqanıstanın problemlərini yaxından başa düşdüyünü qeyd edib.

“Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq. Biz ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları üçün əsaslı təlimlərin keçirilməsini davam etdiririk”, nazir məlumat verib.

E.Məmmədyarov deyib ki, prezident İ. Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə, təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiqləyib.

“Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir. Biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk. Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur. Bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçib”.

Buna da bax:​ NATO baş katibi: «Təhlükə yoxdur»

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyib.

“Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədirlər. Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcək”, nazir qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG