Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:18

Putinin aşpazı milyarderdirsə...


Putinin dəstəbaşısı öz aşbazıdır...
Karikatura: Sergei Elkin
Putinin dəstəbaşısı öz aşbazıdır... Karikatura: Sergei Elkin

Rusiyada müxalifət fəalı Alexei Navalny-nın səhifəsində "O, Putinin aşpazıdır. O, Putinin trolludur. O, milyarderdir" başlıqlı yazı yerləşdirilib.

Məqalə "Putinin aşpazı" kimi tanınan Yevgeny Prigozhin və onun dövlətin əsas podratçılarından birinə necə çevrilməsi barədədir.

“O, HƏR ŞEYDƏN PUL QAZANIR”

"Bu, Putin Rusiyasında ən gözəl uğur hekayələrindən biridir. İki dəfə məhkum olunmuş cinayətkar milyarderə və Rusiyada dövlətin ən iri podratçılarından birinə çevrilib.

O, hər şeydən pul qazanır: Moskva məktəblilərindən tutmuş, əsgərlərə və FHN əməkdaşlarına qədər.

O, hərbi şəhərciklərə göstərdiyi xidmətdən və yeni hərbi tikintilərdən pul qazanır.

O, Peterburqdakı məşhur "trollar fabrikinin" sahibidir və onun pul ödədiyi şərhçilər hər gün bütün sosial şəbəkələrdə bir neçə dildə putinpərəst şərhlər yazırlar. Onun dəbdəbəli evi, yaxtası və təyyarəsi var.

Onun uğurunun səbəbi isə sadədir – o, Putinin aşpazıdır", – məqalədə deyilir.

Buna da bax:​ Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir

9 İL HƏBSDƏ YATIB

Səhifədə yerləşdirilmiş videoda Alexei Navalny danışır ki, Yevgeny Prigozhin 1979-cu ildə oğurluq üstündə həbs olunub. İki ildən sonra daha ağır maddə ilə mühakimə olunan Progozhin ümumilikdə 9 ilini həbsdə keçirib. Həbsdən çıxandan sonra əvvəlcə bir dükanın müdiri olur, daha sonra öz restoranını açır.

2001-ci ildə o, öz restoranında şəxsən prezident Putinə qulluq edir. Elə bu zaman da onun başına "dövlət quşu" qonur. O, Putinin xoşuna gəlir və bundan sonra, KİV-lərin təbirincə desək, bir növ "saray təlxəyinə" çevrilir. Ardınca, o Putinin ad günlərini təşkil etməyə başlayır.

"Filmlərdəki uğur hekayəsi ilə Rusiyadakının arasındakı fərq də elə budur. Bu adam heç nə ixtira etməyib, xəzinə tapmayıb, Olimpiadada qalib gəlməyib. O, sadəcə, prezidentə yaxşı qulluq etdiyinə görə çaypulu kimi mükafat alıb. Ona deyiblər ki, bundan sonra sən azad və cəzasız şəkildə korrupsiya ilə məşğul ola bilərsən. Al, bu sənə 140 milyon adam, get, onlardan pul qazan, biz də sənin üçün nəyə lazımdırsa qol çəkərik. Elə o vaxtdan da dövlət sifarişlərinin ardı-arası kəsilmədi"Navalny yazır.

803 DÖVLƏT SİFARİŞİ

Daha sonra Progozhinin yerinə yetirdiyi dövlət sifarişlərinin qısa siyahısı verilir:

· 2003 — Prigozhin Putinin ad günü şərəfinə banket təşkil edir;

· 2008 — Prigozhinin şirkəti Medvedevin andiçmə mərasimində xidmət göstərir;

· 2010-cu ildən bəri — FHN-ə qida satışı;

· 2011-ci ildən bugünə qədər — Moskva məktəblərinin qida təminatı;

· 2012-ci ildən bəri — hərbçilərin qida təminatı;

· 2014-cü ildən bəri — hərbi idarələrə sanitar (təmizlik) xidmətlərin göstərilməsi;

· 2015-ci ildən bəri — hərbi şəhərciklərdə mənzil-kommunal xidmətlərinin göstərilməsi, istixanalara yanacaq satışı və Müdafiə nazirliklərinin yeni tikintiləri;

· 2016-cı ildən bəri — Müdafiə nazirliyinin obyektlərində təmir işləri;

Buna da bax:​ Putinin aşpazı milyardları belə qazandı

Ancaq yazıdakı linkdə 2010 - 2016-cı illər arasında Prigozhinin şirkətlərinə verilmiş dövlət sifarişlərinin siyahısını görürük. Burada ümumilikdə 803 sifariş sadalanıb.

Navalny-nın “Korrupsiya ilə Mübarizə Fondu” araşdırma apararaq Prigozhin-in şirkətləri arasında qarşılıqlı əlaqəni aşkarlayıb.

3,2 MİLYARD DOLLARLIQ SİFARİŞ

Fondun hüquqşünası Lyubov Sobol öz Facebook səhifəsində yazır ki, təkcə son 5 ildə Prigozhin-in şirkətlərinə verilmiş sifarişlərin dəyəri 201 milyard rubldan (3,2 milyard dollar) artıq olub. Səhifədə həmçinin "Putinin aşpazının" biznes imperiyasının sxemi də dərc edilib.

"Biz onun dövlət satınalmalarından qanunsuz qazanc əldə etmək üçün kartellər qurmasının hüquqi sübutunu təqdim edirik. Bundan başqa, Prigozhin Rusiya ordusunu, sadəcə, soyur", Sobol yazır.

Səhifədə yerləşdirilmiş videoda Prigozhin ailəsinin dəbdəbəli həyatını, nəhəng malikanələrini, ailəyə məxsus 5 milyon avro dəyərində yaxtanı, təyyarə və bahalı maşın kolleksiyasını görürük. Videoda deyilir ki, Progozhin və qızı Polina-nın malikanələrinin ümumi dəyəri 600 milyon rubldur (9,6 milyon dollar).

Navalny daha sonra qeyd edir ki, fond Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə "bu personaja qarşı" istintaqa başlamaq tələbi ilə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG