Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Qadınlara sataşan futbolçular qadın klubunda məşq edəcəklər


Foto arxiv

Foto arxiv

Çexiyanın futbolunda maraqlı hadisə baş verib.

Ölkənin Futbol Federasiyası "Sparta" klubunun futbolçuları Tomaş Koubek və Lukaş Vaçaya qarşı maraqlı cəza tətbiq edib.

Xarici və yerli KİV-lərin məlumatına görə, onların ikisi də bir neçə gün klubun qadınlardan ibarət komandası ilə məşq edəcəklər.

Buna səbəb futbolçuların qadın hakim əleyhinə status yazması olub.

"Brno" ilə 3:3 qurtaran oyunda qadın yan xətt hakiminin oyundan kənar vəziyyət göstərməsi “Sparta” lı futbolçuların etirazına səbəb olub.

Tomas Koubek bundan sonra sosial şəbəkədə yazıb ki, "məncə, qadınlar mətbəxdə daha yararlıdır”.

Klubun digər oyunçusu Lukas Vachaya da bu cür statuslara görə eyni cəza verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG