Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Bundan sonra Bakıdakı «Badamdar Hotel»i «Pullman» brendi idarə edəcək.
Sentyabrın 5-də «Gilan Hollding» və «Accor Group» otellər şəbəkəsi bununla bağlı razılaşma imzalayıblar.

«Turan»ın xəbərinə görə, razılaşmanı «Gilan Hospitality Group»un direktoru Elgün Məmmədov və «Accor Hotels» şəbəkəsinin MDB üzrə rəhbəri Alexis Delaroff imzalayıb.

«Accor Hotels» təmsilçisi Azərbaycanda otelçilik bazarına girmələrindən məmnunluğunu deyib. O, dünyanın 100-dən artıq nöqtəsində fəaliyyət göstərən «Pullman»ın idarəçiliyini ələ aldıqları otelə xidmət, satış, marketinq üzrə bir çox yeniliklər gətirəcəyini bildirib.

Badamdardakı otel 2011-ci ildən fəaliyyət göstərir.

Avqustun 1-dək sözügedən hotelin idarəçiliyi «Kempinski» brendinin nəzarətində idi. «Kempinski Hotel Badamdar» Bakıda «Kempinski» beynəlxalq şəbəkəsinin ilk resort oteli sayılırdı.

«Kempinski» avqustun 1-dən Bakıda fəaliyyətini dayandırdığını açıqlamış, qarşılıqlı razılaşma əsasında idarəçilikdən çəkildiyini bildirmişdi.

O zamandan bəri otel fəaliyyətini «Badamdar Hotel Baku» adı altında davam etdirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG