Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

«Naxçıvan Kredit» bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi ilə bağlı lisenziyası müraciəti əsasında ləğv edilib.

Bu barədə qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurasının sentyabrın 30-da keçirilən iclasında qəbul edilib.

Məlumatda deyilir ki, təsisçilərinin ümumi yığıncağında BOKT-nin könüllü ləğv edilməsi qərarı verilib və bununla əlaqədar palataya müraciət olunub.

«Qanunvericiliyə uyğun olaraq «Naxçıvan Kredit» BOKT MMC-yə kreditlərlə bağlı verilmiş 06 iyul 2006-cı il tarixli lisenziya ləğv edilib»,- deyə məlumatda qeyd edilir.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan «Azərpoçt» MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsindən ötrü icazələr verilib.

2016-ci ildə Azərbaycanda ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu qərarlar, əsasən, həmin bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG