Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

Görkəmli alimin saytı yaradıldı


Tədbir
Tədbir

Oktyabrın 4-də akademik Yusuf Məmmədəliyevin adını daşıyan AMEA Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alimin Memorial Muzeyinin nəzdində yaradılmış Gənc Alimlər Klubunun açılış mərasimi və veb-saytın təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun dəstəyi ilə baş tutmuş tədbir IX Beynəlxalq Məmmədəliyev konfransı çərçivəsində təşkil olunub.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Yusuf Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva, Ombudsman Elmira Süleymanova və Türkiyə, Rusiya, Gürcüstandan konfransa dəvət olunmuş alimlər və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları akademik Yusuf Məmmədəliyevin memorial muzeyi ilə tanış olublar.

AMEA-nın prezidenti Akif Əlizadə Yusuf Məmmədəliyevin Azərbaycan və dünya elminə töhfəsindən danışıb.

Akademikin həyat və fəaliyyətindən bəhs edən «Zamanın zirvəsi» adlı sənədli film nümayiş olunub.

Latviyanın «Digital Dizayn Studio» şirkəti tərəfindən hazırlanmış saytın təqdimatı olub. Saytda alimin həyatını, elmi fəaliyyətini əks etdirən ətraflı bilgilər var.

Yusuf Məmmədəliyev (1905-1961) Azərbaycan neft kimyasının qurucusu sayılır, AMEA-nın yaradıcılarındandır.

İki dönəm AMEA-nın prezidenti seçilib.

Neft və Kimya Prosesləri İnstitutunu yaradıb.

Neft və qazın katalitik emalı məsələlərini araşdırıb.

Onun araşdırmaları sonunda Sumqayıtda Sintetik Kauçuk Zavodu işə düşüb.

İlk dəfə qazın xlorlaşdırılması reaksiyasından qiymətli məhsullar alınması da böyük alimin ideyasıdır.

Aviasiya üçün yüksəkoktanlı benzinin sənaye istehsalını da Yusuf Məmmədəliyev işləyib hazırlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG