Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Könüllü açıqlanan vergiyə maliyyə sanksiyası olmayacaq


Vergilər Nazirliyi

Vergilər Nazirliyi

Azərbaycanda könüllü açıqlanmış vergi məbləğlərinə görə ödəyiciyə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

«Report»un xəbərinə görə, bunu Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib.

Ə.Məmmədov qeyd edib ki, bütün bunlar vergidən yayınma hallarının qarşısının alınması məqsədini daşıyır: «Dövlət başçısının sərəncamına əsasən, elektron qaimə-faktura sisteminin tətbiqi ilə əlaqədar aidiyyəti qurumlarla razılaşdırılmaqla bir sıra qanunvericilik aktlarına dəyişiklik nəzərdə tutulur. Malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə əksini tapacaq. İndiyədək vergi orqanları daxil olan pul vəsaitlərini banklar vasitəsilə izləyə bilirdisə, bundan sonra malın hərəkətinə də nəzarət etmək imkanlarına sahib olacaq», - deyə İdarə rəisi əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG