Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Oktyabrın 6-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi əsəcək. Gecə 13-16 , gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Oktyabrın 6-da ölkənin rayonlarında da yağıntı gözlənilmir. Gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təxmin edilir.

Son həftələr bütün ölkədə yağmurlu hava hökm sürürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG