Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

İraqın baş naziri Haider al-Abadi Türkiyəyə xəbərdarlıq edib, Türkiyənin İraqda silahlı qüvvə saxlamasının regional müharibəyə səbəb ola biləcəyini deyib.

Keçən həftə Türkiyə Böyük Millət Məclisi İraq və Suriyadakı qüvvələrinin mandatının genişləndirilməsi haqda qərar qəbul edib. Bu qərar türk ordusuna İraq və Suriyada terrorçular əleyhinə əməliyyat aparmağa imkan verir.

Haider al-Abadi Türkiyəyə dəfələrlə xəbərdarlıq etdiklərini, Ankaranı İraqın işlərinə qarışmamağa çağırdıqlarını deyib: «Türkiyə rəhbərliyinin davranışı yolverilməzdir. Biz Türkiyəylə hərbi konfrontasiyaya getmək istəmirik».

İraq parlamenti Türkiyə Böyük Millət Məclisinin qərarını pisləyən bəyanat qəbul edib.

Ankara İraqın şimalına yerləşdirdiyi qüvvələrin beynəlxalq missiyanın bir hissəsi olduğunu, İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə təlim keçdiyini deyir. İraq hökuməti Türkiyədən belə bir şey istəmədiyini, türk əsgərlərini işğalçı hesab etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG