Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:31

WhatsApp-a yeniliklər gəldi


Whatsapp
Whatsapp

Populyar mesajlaşma proqramı «WhatsApp» Android üçün yenilənib. Yeni versiyada bir neçə proqrama bəzi özəlliklər artırılıb.

Yeniliklərdən biri budur ki, foto və videoları redaktə etmək, onların üzərinə «smayl» (təbəssüm işarəsi) əlavə etmək, nələrsə çəkmək, müxtəlif rəngli, formalı şriftlərlə yazı yazmaq mümkündür.

Artıq ön kamerayla çəkilişlərdə də «flash» (işıq) funksiyası aktivdir. Buna görə də, birbaşa proqramla daha yaxşı selfilər çəkib istədiyiniz istifadəçiyə göndərə bilərsiniz. Yeni özəlliklə zəif işıqda və ya axşamlar ekran işıqlanıb, fotoların keyfiyyətini artırır.

Proqramın son versiyasında videoları yaxınlaşdırıb uzaqlaşdırmaq da asanlaşıb. Barmaqların yuxarı-aşağı hərəkətiylə bunu etmək mümkündür.

Ön və arxa kamera arasında keçid üçün ekrana iki dəfə toxunmaq yetərlidir.

Yeni versiyanı «Google Play Store»dan quraşdırmaq olar.

Yeniliklərin tezliklə iOS platformalı cihazlar üçün də yayımlanacağı bildirilir.

XS
SM
MD
LG