Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:55

Deputat Vahid Əhmədovun qardaşı qızı Nigar Əhmədova 8 il azadlıqdan məhrum edilib. Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Nigar Əhmədova CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Nigar Əhmədova Rüfət Əliyev adlı vətəndaşı banklardan birinin filial müdiri vəzifəsinə düzəltmək adı ilə ondan 32 min 500 dollar alıb qaytarmamaqda suçlanır.

Məhkəmənin hökmü elan olunmamışdan əvvəl Nigar Əhmədovaya son söz verilib, lakin o, çıxışdan imtina edib.

Məhkəməyə ifadəsində isə o, pulu aldığını təsdiqləmişdi. Bildirmişdi ki, anasının müalicəsindən ötrü pula ehtiyacı olub və borc alıb.

Zərərçəkmiş Rüfət Əliyev isə məhkəməyə ifadəsində bildirib ki, Nigar Əhmədova özünü deputat Vahid Əhmədovun qardaşı qızı kimi təqdim edərək, onu işə düzəldəcəyini vəd edib.

Vahid Əhmədov bir müddət əvvəl mətbuata açıqlamasında belə bir qardaşı qızı olmadığını desə də, Nigarın yaxınları deputatın onun əmisi olduğunu təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG