Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

«Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb».

Bunu APA-ya Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Qaraçuxur sürüşmə sahəsində lokal çökmələr baş verib: «Eyni zamanda, Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən prosesin dinamikasında aktivlik müşahidə olunub».

Ə.Qaralov qeyd edib ki, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib. Ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınmayıb: «Badamdar sürüşmə sahəsinə istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar və deformasiyalar müşahidə edilməyib. Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası sürüşmə sahələrində aktivlik müşahidə edilməyib».

Günün bütün mövzuları

XS
SM
MD
LG