Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

'Amerika Suriya dövlət idarələrini hədəfə almalıdır'


Mike Pence və Tim Kaine

Mike Pence və Tim Kaine

Respublikaçıların vitse-prezidentliyə namizədi Mike Pence rəqibi ilə debatı zamanı deyib ki, Rusiya Hələbə «barbar hücumları»nı dayandırmasa, Amerika silahlı qüvvələri Suriya dövlət idarələrini hədəfə almalıdır.

Respublikaçıların prezidentliyə namizədi Donald Trump isə Rusiyanın Suriyayla bağlı danışıqlardan çıxmasını Moskvanın Birləşmiş Ştatlara hörmətsizliyi ilə izah edib. Amma Trump Rusiyaya cavab olaraq hərbi əməliyyatların aparması məsələsindən danışmayıb.

Amerikada prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Oktyabrın 4-də vitse-prezidentliyə namizədlərin ilk və tək debatı olub. Respublikaçı Mike Pence Suriyadan başqa çox az məsələyə toxunub, əsasən Trump-ı müdafiə edib. Çünki onun rəqibi, demokratların namizədi Tim Kaine Trump-ı Putin-ə pərəstişdə, diktatorları sevməkdə günahlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG