Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Bakı Şəhər Təhsil İdarəsinin müdiri (BŞTİ) Məhəbbət Vəliyeva həm Müəllimlər Günü, həm də bu gün baş verən bəzi neqativ hallardan danışıb. «Bu gün müəllim adını şərəflə daşıyan, cəmiyyətə fayda verən, öz müəllim nüfuzunu hər an qoruyan müəllimlərin bayramıdır. Cəmiyyətimizdə əsl müəllim adına layiq insanlar çoxluq təşkil edir. Əks təqdirdə bu ölkədə inkişaf olmazdı»,-deyə o qeyd edib.

Lent.az-in xəbərinə görə, BŞTİ-nin müdiri M.Vəliyeva təəssüflə qeyd edib ki, müəllim adına ləkə gətirən, onu nüfuzdan salanlar da var: «Vəziyyətin belə olmasının bir çox səbəblər var. Əminəm ki, Təhsil Nazirliyinin təhsildə şəffaflığım təmin olunması üçün atdığı addımlar bu sahədə neqativlərin yaxın zamanda azalmasına təsir edəcək. Mən bu mənada valideynlərə üz tutaraq onları bizə dəstək olmağa çağırıram».

M.Vəliyeva Müəllimlər Günü münasibətilə orta məktəblərdə pul yığılması hallarına da münasibət bildirib: «Biz çox istərdik ki, təhsildə aparılan islahatlardan danışaq, müsbət təcrübələri bölüşək. Amma təəssüf ki, neqativlər də var. Bunun mövcudluğunu danmırıq. Həm bir vətəndaş, həm bu sahədə rəhbər şəxs kimi bununla bağlı çox böyük təəssüf hissi keçirdiyimi, öz narahatlığımı və narazılığımı bildirirəm».

İdarə rəhbəri belə halların təhsilə başucalığı gətirmədiyini deyir: «Bu hallara daha çox məktəblərdə valideyn komitələri rəhbərlik edir. Onların təşəbbüsü ilə bu hallar görülür, bəlkə də bunu səsləndiyi kimi qəbul etsək, burada qeyri-adi bir şey yoxdur. Valideyn onun övladına öz sevgisini əsirgəməyən, onun tərbiyəsində bilavasitə iştirak edən müəllimə bir təşəkkür bildirmək istəyirsə, burda qeyri-adi nə var?».

M.Vəliyeva deyir ki, bu prosesdə məktəb rəhbərləri və yaxud müəllimlərin özləri iştirak edəndə, narazılıq yaranır. Üstəlik, onun fikrincə məktəb sosial baxımdan aşağı olan uşaqlara fərq qoyanda narazılıqlar artır: «Amma faktı təsdiqləyən, «filan məktəbdən filan müəllim məndən pul istəyir» deyə müraciət edən yoxdur. İdarəyə bununla bağlı şikayətlər daxil olmayıb».

Müəllimlər Gününü 1966-cı ildə UNESCO təsis edib və o vaxtdan dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG