Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:44

Vitse-prezidentlərin debatı seçkiləri daha da canlandıra bilər


Vitse-prezidentliyə namizədlər, Maykl Pens (solda) və Timoti Keyn (sağda)
Vitse-prezidentliyə namizədlər, Maykl Pens (solda) və Timoti Keyn (sağda)

Ötən həftə keçirilən prezidentliyə namizıdlərin ilk teledebatından sonra bu gün növbə vitse-prezidentliyə namizədlərə çatıb. Respublikaçı prezidentliyə namizəd Donald Trampın seçki yoldaşı, İndiana ştatının qubernatoru Maykl Pens və Hilari Klintonun namizədi, senator Timoti Keyn Farmvil Universitetində qarşı-qarşıya gəliblər.

Hər iki partiya üçün, bu, seçki prosesində çox mühüm mərhələdir. Namizədlərin hər birinin bu debatda ünvanladığı konkret məqsədləri var, belə ki, Pens Trampın son həftədəki uğursuz çıxışlarının mənfi effektini azaltmağa, Keyn isə Klintonun seçicilərin etibarı ilə bağlı problemlərini qismən də olsa həll etməyə cəhd edib.

Pens Trampın son həftədəki uğursuz çıxışlarının mənfi effektini azaltmağa, Keyn isə Klintonun seçicilərin etibarı ilə bağlı problemlərini qismən də olsa həll etməyə cəhd edib.

Eleyn Kuianonun aparıcılıq etdiyi teledebat 9 seqmentdə bir çox mövzulara toxunub.

İlk olaraq, hər iki namizəd öz şəxsi keyfiyyətləri, bacarıqları və indiyə qədər olan iş təcrübələrindən danışıb. Keyn diqqəti əsasən özünün illər boyu hökumətin müxtəlif qollarında fəaliyyətinə və topladığı təcrübəyə yönəldib. Pens də öz iş təcrübəsindın danışaraq, qubernatoru olduğu İndiana ştatında əldə etdiyi uğurları önə çəkib.

Gözlənildiyi kimi, senator Keynə Hilari Klintona olan etibarın aşağı olması barədə sual verilib. Keyn Klintonun uzun illər ərzində etdiyi ictimai xidməti və hər zaman adi vətəndaşların maraqlarının keşiyində durduğunu vurğuayıb.

Pens də çətin suallardan qaça bilməyib. Aparıcı, Donald Trampın işlətdiyi təhqiramiz ifadələrin onun riskli bir seçim olması barədə suallara doğurduğunu qeyd edib. Pens isə cavabında Klintonun Trampa qarşı olan reklamlarında nə qədər təhqir olduğuna diqqət etməyi məsləhət görüb.

XARİCİ BORC VƏ PENSİYALAR

İqtisadiyyat seqmenti ölkənin xarici borcu barədə sualla başlayıb. Qeyd edilib ki, hər iki namizədin planları borcu azaltmaq əvəzinə, onun artmasına səbəb olacaq.

Cavab olaraq, Pens, Obama dövründə borcun ikiqat artdığından danışıb və Klintonun prezidentliyinin vəziyyəti daha da pisləşdirəcəyini iddia edib. O, Klintonun iqtisadi siyasətinin vergiləri bir trilyon dollar artiracağı, enerji siyasətinin işsizliyə səbəb olacağı və Obamanın tətbiq etdiyi tibbi sıgorta qanununun hətta Bil Klinton tərəfindən tənqid edildiyini deyib. Pensə görə, əvvəl bütün bunların qarşısını almaq və daha sonra xarici borcla məşğul olmaq lazımdır.

Pens, həmçinin, Donald Trampın vergiləri ödəməmək üçün hər imkandan istifadə etdiyi barədə suallarla qarşılaşıb.

Keyn isə Klintonun 5-mərhələli iqtisadi planını açıqlayıb. Plana əsasən enerji sektorunda və yerli infrastruktur layihələrində iş yerlərinin açılması, təhsilə əlavə vəsaitlərin ayrılması, minimal əmək haqqının artırılması, xırda və orta biznes üçün vergi güzəştlərinin tətbiqi nəticədə xarici borcun da azalmasına gətirib çıxarmalıdır. Qarşı tərəfin bunların tam əksini etmək istədiyini deyən Keyn, bunun yeni resessiyaya yol açacağını vurğulayıb.

Pens, həmçinin, Donald Trampın vergiləri ödəməmək üçün hər imkandan istifadə etdiyi barədə suallarla qarşılaşıb. Cavab olaraq, opponentinə qarşı sual verən Pens, onun bu cür qanuni yollardan istifadə edib-etmədiyni soruşub. Sual cavabsız qalıb.

Pensiya sisteminin özəlləşdirilməsi məsələsinə toxunan namizədlərin hər ikisi bunun əleyhinə olduqlarını bildirib, lakin Keyn Trampın bu fikri müəyyən dövrlərdə dəstəklədiyinə diqqəti çəkməyə çalışıb.

İRQÇİLİK VƏ MÜHACİRƏT

Həmişəki kimi, irqçilik, xüsusilə də polisin irqi ayri-seçkilik etməsi ətrafında müzakirə olub. Keyn problemin həllini polisin yerli icmalarla sıx əlaqədə olmasında gördüyünü deyib. Pens də bununla razılaşıb, lakin eyni zamanda polis əməkdaşlarının cox vaxt ədalətsiz olaraq günahlandırıldığını bildirib.

Keyn ddia edib ki, Tramp ölkədə olan 11 milyon qeyri-qanuni mühacirin hamısını deportasiya etmək niyyətindıdir.

Mühacirət məsələsinda iki namizəd tamamilə əks mövqedə durub. Pens Trampın sözlərini təkrar edərək, Meksika ilə sərhəddə nəzarətin gücləndirilməsinin və cinayət törədən bütün mühacirlərin deportasiya edilməsini vacib sayıb.

Keyn isə iddia edib ki, Tramp yalniz cinayətkarları deyil, ölkədə olan 11 milyon qeyri-qanuni mühacirin hamısını deportasiya etmək niyyətindıdir. Klintonun planı isə qanunvericilikdə islahatlar aparmaqla həmin adamları cəmiyyətə inteqrasiya etməkdir.

TERROR VƏ RUSİYA

Xarici siyasət seqmenti əsasən terrorism və Rusiya ilə münasibətlər ətrafında qurulub. Keyn Hilari Klintonun dövlət katibi vəzifəsində uğurlarından – Osama Bin Ladenin məhv edilməsi, İran nüvə razılaşması, Əfqanıstan va İraqda ABŞ əsgərlərinin sayının azaldılması barədə danışıb. İŞİD probleminə toxunan Keyn, bu yolda müttəfiqlərlə sıx əməkdaşlığın əhəmiyyətini, və Trampın bu əlaqələri məhdudlaşdırmaq istədiyini qabardıb.

Hər iki namizəd Hələbdə dinc əhalinin qorunması üçün təhlükəsizlik zonalarının yaradılmasını və Rusiyanın təxribatlarına kəskin cavab verilməsini vacib hesab edib.

Pens bütün sadalananların, əksinə, ölkəyə ziyan vurduğunu deyib. Ona görə, İraqdan qoşunların çox tez çıxarılması İŞİD-in genişlənməsinə, İran razılaşmasının İslam dövlətinin nüvə proqramını yalnız təxirə salmasına və qarşılığında 150 milyard dollar əldə etməsinə, Rusiya ilə münasibətlərdə yol verilən səhvlərin isə Ukrayna va Suriyada krizislərə səbəb olub.

Hər iki namizəd Hələbdə dinc əhalinin qorunması üçün təhlükəsizlik zonalarının yaradılmasını və Rusiyanın təxribatlarına kəskin cavab verilməsini vacib hesab edib.

SONDA

Sonda namizədlər özlərinin dini inanclarının siyasi fəaliyyətlərinə göstərdiyi təsirdən və seçkilərdən sonra kimin qalib gəlməsindən asılı olmayaraq siyasi partiyaların bərabər işləməsinin vacibliyindən danışıb.

Hər iki namizəd istifadə etdikləri faktlarda qeyri-dəqiqliyə yol verib. Keyn Hilary Klintonun dövlət katibi vəzifəsində İranla nüvə razılaşmasında rolunu dəfələrlə qabartsa da, əslində, razılaşma Klinton bu vəzifəni tark etdikdən iki il sonra imzalanıb. Eyni zamanda Pens, Trumpın nitqlərində istifadə etdiyi və videoyazılarının geniş yayıldığı ifadələrini debat zamanı bir neçə inkar etməyə çalışıb.

Demək olar ki, hər iki namizəd debatda qarşılarına qoyduqları məqsədlərə nail olub. Pens Trampdan fərqli olaraq, təmkinli bir siyasətçi olduğunu göstərib. Keyn isə Klintona etibarı artıqmaq üçün onun seçki kampaniyasının pozitiv məqamlarını dəfələrlə vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG