Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:16

Tbilisidə müxalifət liderinin maşınının partladıldığı xəbər verilib


Givi Tarqamadze
Givi Tarqamadze

Gürcüstanda Tbilisinin mərkəzində müxalifətdən olan millət vəkilinin avtomobili partladılıb.

Rustavi-2 telekanalının verdiyi məlumata görə həmin vaxt maşının içində olan Givi Tarqamadze xəsarət almayıb, lakin avtomobilin yaxınlığından keçənlərdən 5-nin yaralandığı xəbər verilib.

Onlardan ikisi xəstəxanaya aparılıb.

Bu hadisə Gürcüstanda parlament seçikisinə 3 gün qalmış baş verib.

Partlayış baş verərkən Gürcüstan Vahid Milli Hərəkatının lideri qabaqda, sürücünün yanında əyləşmişdi.

Hadisə zamanı sürücü də xəsarət almayıb.

Bu parlament seçkisində əsas rəqabət müxalif Milli Hərəkat Partıiyası ilə hakim Gürcüstan Arzusu Partiyasının arasında gedəcək.

Givi Tarqamedze mətbuata verdiyi ilkin açıqlamada ona hakimiyyət tərəfindən sui-qəsd edildiyini iddia edib.

Antirusiya mövqeli siyasətçi

“Novaya qazeta” xatırladır ki, keçmiş prezident Mixeil Saakaşvilinin partiyasından olan Givi Tarqamadze özünün anti-Rusiya mövqeyi ilə fərqlənir. O 2004-cü ildən Gürcüstan parlamentinin üzvüdür.

Tarqamadze parlamentdə müdafiə və təhlükəszilik komitəsinə rəhbərlik edib.

O vaxtilə Abxaziya və Cənubi Osetiya bölgələrindəki Ruysiya sülhyaradıcılarının qanundankənar elan edilməsinə çağırmışdı.

Tarqamadze deyirdi, Rusiya tərəfi bu münaqişələrdə təcavüzkar qismində iştirak edir.

2012-ci ildə Rusiyanın NTV telekanalında göstərilmiş “Etirazın anatomiyası” sənədli filmində iddia edilirdi ki, Tarqamadze “rəngli inqilablar mühəndisidir” və Rusiya müxalifətinin aksiyalarında onlara yaxından kömək edib.

Gürcüstanda daha bir seçkiqabağı zorakılıq aktı qeydə alınıb. Ötən bazar günü müstəqil namizəd və keçmiş müdafiə naziri İrakli Okruaşvilinin çıxış etdiyi mitinqdə iki nəfər odlu silahdan açılan atəşlə yaralanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG