Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 04:45

Həbsxanada işgəncələrdən bəhs edən 'Kanlı Postal'ı göstərməyə yer vermədilər


"Kanli Postal" filminin posteri
"Kanli Postal" filminin posteri

-

12 sentyabr 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevriliş zamanı Diyarbakırdakı 5 saylı həbsxanada baş vermiş hadisələrdən bəhs edən "Kanlı Postal" filminin Diyarbakırda göstərilməsinə icazə verməyib. Filmin rejissoru Muhammet Arslan keçən il işıq üzü görmüş filmin, Türkiyədə kinoteatrlarda böyük tamaşaçı marağı görsə də, Diyarbakıda "Qaranlıq əllər araya girib, maneələr yaradılır" deyib.

Buna da bax: Türkiyədə dörd yazıçı həbsdədir

Xatırladaq ki, 12 sentyabr 1980-ci ildə Türkiyədə dövlət çevrilişi etmiş general Kenan Evrenin başçılığı ilə bir qrup general 517 nəfərin edamına 650 min nəfərin isə həbsinə qərar veriblər. Həmin hadisələr zamanı Türkiyənin əksər həbsxanalarına salınmış siyasi məhbuslar arasında 171 nəfər işgəncə nəticəsində dünyasını dəyişib. Muhammed Arslanın ssenarisini yazıb çəkdiyi filmi də elə həmin dövrdə Diyarbakırdakı 5 saylı həbsxanada qeyri-insani əməllərin ifşasına həsr olunub. 2015-ci ildə çəkildikdən sonra cəmi bir aylığa Diyarbakırda göstərilməsinə icazə verilən film, bu il şəhərdəki kinoteatrlara buraxılmayıb. Filmin rejissoru filmə qoyulan qadağa əmrinin qeyri-rəsmi şəkildə kinoteatrlara verildiyini deyib. "Əvvəlcə bizə filmi göstərmək üçün salon verəcəklərini demişdilər, sonradan nə oldusa bütün kinoteatrları bizi rədd etdi" - Muhammed Arslan deyib.

"Kanlı Postal"​ filminin treyleri.​

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG