Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Tehran Bakıya İsrail və ABŞ-a qarşı təcrübəsini təklif edib


Abdolreza Rahmani Fazli

Abdolreza Rahmani Fazli

Bakıda səfərdə olan İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli oktyabrın 3-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) Elçin Quliyev ilə görüşüb.

«Turan» xəbər verir ki, E.Quliyevlə görüş zamanı tərəflər regional təhlükəsizlik və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

İranlı nazir DSX rəhbəri ilə görüşündə iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Xəbərdə qeyd edilir ki, A.Fazli DTX rəhbəri ilə görüşərkən İsrail və ABŞ-ı regionda ekstremizmə sövq etməkdə günahlandırıb. O, Azərbaycanda təhlükəsizliyin təminatından ötrü bunun qarşısının alınmasında öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Öz növbəsində M.Quliyev bu yaxınlarda İrana səfərini «qənaətbəxş» adlandırıb və Azərbaycana göstərdiyi dəstəyə görə onlara təşəkkürünü bildirib.

DTX şefi qeyd edib ki, regional münaqişələr xarici müdaxilə nəticəsində yaranıb.

DSX-nin rəsmi saytı da bu görüş haqda bilgi yayıb. Orada qeyd edilir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər bildiriblər ki, Azərbaycan prezidenti İlham Əliyev və İran dövlət başçısı Həsən Ruhaninin ümumi səyləri nəticəsində iki ölkə arasında inkişaf edən dostluq münasibətləri təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

Oktyabrın 3-də İran İslam Respublikasının daxili işlər naziri Abdolreza Rahmani Fazli-nin başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev də qəbul etmişdi.

XS
SM
MD
LG