Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Oktyabrın 4-də mərhum müğənni, Xalq Artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Heykəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qurulub.
Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir.

Ünlü müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisinin Şeytanbazar məhəlləsində doğulub.

Onun atası şuşalı Məcid Behbudov tanınmış xanəndə olub.

Anası— Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım isə dövrünün maarifçi qadınlarından olub.

Gələcəyin adlı-sanlı müğənnisi gənclik illərini Tbilisidə və Yerevanda keçirib.

Rəşid Behbudov Bakıya 1943-cü ildə köçüb.

Onun sənət ulduzu Bakı kinostudiyasının 1945-ci il istehsalı olan «Arşın mal alan» filmində tacir Əskər rolunda çəkiləndən sonra parlayıb.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva xəstəxanalarının birində vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG