Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:15

Türkiyədə 12 min 800 polis işçisi vəzifəsindən uzaqlaşdırılıb. Türkiyə polis baş qərargahının internet səhifəsində çıxan məlumatda deyilir ki, işdən qovulanların hamısı Fethullah Gülen-lə əlaqədə şübhəli bilinənlərdir. İşdən çıxarılanların 2 min 523-ü polis rəisləridir. Türkiyə polis qüvvələrinin ümumi sayı 250 minə yaxındır.

«CNN Türk»ün yaydığı məlumata görə, bu xəbər Türkiyə Daxili İşlər Nazirliyi polis qüvvələriylə bağlı tədqiqata başlayandan sonra çıxıb.

Bir gün əvvəlsə Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyətin daha 3 ay uzadılması barədə qərar verib.

İyulun 15-də Türkiyədə çevriliş cəhdindən sonra hökumət genişmiqyaslı təmizləmə əməliyyatı aparır. Dövlət çevrilişin arxasında ilahiyyatçı Fethullah Gülen-in dayandığını bildirir. Gülen-lə əlaqədə şübhəli bilinən on minlərlə adam işdən qovulub, 32 min nəfər həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG