Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:37

Fərəc Kərimli: 'Həbsim referenduma görə uzandı'


Fərəc Kərimli
Fərəc Kərimli

«Azadlığa çıxmaq xoş oldu. Dostları gördüm. Ancaq adam tam rahat olmur. Həbsdə dostlarımız qaldı. İlkin Rüstəmzadə, Əli İnsanov, Əbdül Əbilov, Elvin Abdullayev, İlqar Məmmədov və adını çəkə bilmədiyim başqa siyasi məhbuslar azad olmadığına görə, adam rahat ola bilmir».

Bunu həbsdən yenicə azadlığa çıxan Fərəc Kərimli AzadlıqRadiosuna deyib.

Fərəc Kərimli azadlıqda

Fərəc Kərimli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

F.Kərimli amnistiyaya düşsə də, gec buraxılmasını referendumla izah edib: «Çünki 14 saylı Cəzaçəkmə Müəssisəsinə gətiriləndə mənə demişdilər ki, 10-15 günə buraxılacaqsan. Sonra məsələ uzandı, referendum araya girdi».

F.Kərimli deyib ki, heç bir həbs onu mübarizəmdən döndərə bilməz.

Müsavat başqanının müavini azadlıqda

«Mən oğlumun azadlığa qovuşmasından çox şadam. O, heç bir cinayət törətməmişdi, gərək heç həbs edilməyəydi».

Bunu AzadlıqRadiosuna Fərəc Kərimlinin atası Raquf Kərimli deyib.
Atasının deməsinə görə, Fərəc Kərimli hələ evə gəlməyib.

«Onu Penitensiar Xidmətin əməkdaşları maşınla evə gətirir. 20 dəqiqəyə evdə olmalıdırlar»,-deyə R.Kərimli qeyd edib.

Arxiv - Fərəc Kərimli 6 il 5 ay müddətinə azadlıqdan məhrum edildi

Fərəc Kərimli 6 il 5 ay müddətinə azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

​Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli oktyabrın 4-də azadlığa çıxıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından bilgi verilib.

F.Kərimli bu il mayın 20-də Respublika Günü ilə bağlı qəbul edilən Amnistiya Aktına düşmüşdü. Vəkilləri F.Kərimlinin amnistiyaya düşsə də, azadlığa buraxılmasının yubanmasını ona qarşı qərəz kimi dəyərləndirirdilər.

F.Kərimli 2014-cü il iyulun 23-də həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il yarım azadlıqdan məhrum edilmişdi. Yeri və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyırdılar.

Bu il mayın 24-də Ali Məhkəmə onun cəzasını azaltmışdı. Hakimlər kollegiyası CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə ona verilmiş ittihamın 234.1-ci maddəyə tövsif olunduğunu, cəzanın da 3 ilə endirildiyini elan etmişdilər.

F.Kərimlinin qardaşı Sirac Kərimli isə prezidentin son əfv fərmanı ilə azadlığa çıxmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG