Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Azərbaycanda pul bazası yenə də azalıb. Sentyabrın 30-da pul bazası 6 milyard 810.3 milyon manat olub. Bu da avqust ayı ilə müqayisədə 601.9 milyon manat azalma deməkdir.

Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən təxminən 1.7 dəfə azdır. Ekspertlər hesab edir ki, pul bazasının azalması Mərkəzi Bankın (MB-nin) manat siyasətindən qaynaqlanır.

Pul bazası dedikdə, pul kütləsinin MB-nin qısa müddət ərzində dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının MB-dəki müxbir hesablarının qalıqları) daxildir.

Ekspertlərin fikrincə, pul bazasının azaldılmasında MB-nin bir məqsədi dollar alışını azaltmaqdır. Dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının azalma sürəti də o qədər aşağı düşür. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Bir sözlə, iqtisadiyyat kəskin şəkildə manatsızlaşır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG