Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Sığorta hadisəsi baş verən 9 bankdan 3-ü üzrə-«Parabank» ASC, «Qafqaz İnkişaf Bankı» ASC, «Dekabank» ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP-dən) verilən məlumata görə, bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

«Yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur»,-deyə məlumatda qeyd edilir.

Əmanətlərin Sığortalanması Fondu «Parabank» ASC-nin qorunan əmanətçilərinə 32 milyon 675 min 532 manat, «Qafqaz İnkişaf Bankı» ASC-nin qorunan əmanətçilərinə 1 milyon 705 min 56 manat, «Dekabank» ASC-nin qorunan əmanətçilərinə 2 milyon 772 min 350 manat kompensasiya ödəyib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37 milyon 152 min 938 manat kompensasiya ödənilib.

2016-ci ildə ümumilikdə isə 11 bankın lisenziyası əlindən alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG