Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Gürcüstanın prezidenti Giorgi Margvelashvili Rusiyanı keçmiş Sovet ölkələrinin işlərinə qarışmamağa çağırıb. O deyib ki, Rusiya bu ölkələrlə tam formalaşmış dövlətlər kimi rəftar etməlidir. Margvelashvili deyib ki, «Rusiya sərhədinə yaxın ərazilərdə beynəlxalq qanunların işləmədiyini düşünür».

Rusiya Gürcüstandan 2008-ci ildə ayrılan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, onların ərazisində silahlı qüvvə saxlayır. Gürcüstan prezidenti deyib ki, məhz Qərbin 2008-ci ildə baş verənlərin əhəmiyyətini anlamaması Ukraynadakı vəziyyətlə nəticələndi. 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini öz ərazisinə birləşdirib.

Margvelashvili Qərbi Rusiyanın keçmiş Sovet ölkələrinin suverenliyi və müstəqilliyinə qarşı gücdən istifadə etməsiylə barışmamağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG