Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

ABŞ Rusiyayla danışıqları dayandırdığını elan edəndən sonra BMT-də Suriyayla bağlı müzakirələr başlayıb. BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində hava əməliyyatlarının təcili dayandırılması haqda sənədi müzakirə edir. Rusiya bu sənədin işə yaramaq şansı olmadığını bildirib.

Rusiya və Suriya silahlı qüvvələri Hələbi dayanmadan bombalayır. Şəhərdə 250 minə qədər sakin var. Xəstəxanalar da daxil olmaqla, bir neçə iri tikili yerlə yeksan edilib. Çağırışlara baxmayaraq, Rusiya əməliyyatların davam etdiriləcəyini, qiyamçılara qarşı mübarizə apardıqlarını deyir.

BMT-nin Suriya elçisi Staffan de Mistura Birləşmiş Ştatların Rusiyayla apardığı sülh danışıqlarının uğursuzluqla nəticələnməsinin onları çox məyus etdiyini bildirib, məsələnin siyasi həllinə nail olmaq üçün əllərindən gələni edəcəklərini deyib. Fransanın BMT-dəki səfiri Francois Delattre isə Hələbdə qətllərə son qoymaqdan ötrü birləşmək naminə bacardıqlarını edəcəklərini söyləyib.

XS
SM
MD
LG