Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Türkiyədə fövqəladə vəziyyət daha 3 aylığına uzadıldı.

Bu barədə kabinetin prezident Recep Tayyip Erdoğan-ın başçılığı ilə keçirilən iclasında qərar verilib.

İyulda çevriliş cəhdindən sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunmuşdu. Bu müddət oktyabrın 18-də bitməli idi. Yeni qərara əsasən, oktyabrın 19-dan başlayaraq daha 90 gün fövqəladə vəziyyət olacaq.

Tənqidçilərin fikrincə, prezident bu vəziyyətdən istədiyini etmək, parlamentsiz qərarlar vermək, rəqiblərini aradan qaldırmaq üçün istifadə edir.

Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdi nəticəsində 270 nəfər ölüb. Hökumət cəhdin arxasında ilahiyyatçı Fethullah Gülen-in dayandığını deyir, onun tərəfdarlarını cəzalandırır. Genişmiqyaslı təmizləmə əməliyyatları nəticəsində iyuldan bəri Türkiyədə minlərlə adam işdən qovulub, 32 min nəfər həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG