Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Roma papasının Bakıya səfəri politoloqların gözü ilə


Prazident Ilham Aliyev və Roma papası Francis

Prazident Ilham Aliyev və Roma papası Francis

“ROMA PAPASI İLƏ GÖRÜŞ AVROPA AİLƏSİ İLƏ QIRILAN TELLƏRİN YENİDƏN BƏRPASI CƏHDİDİR.”

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Vatikanla münasibətlərin istiləşməsi Avropadan gələn təzyiqlərin təsirini bir qədər azalda bilər:

“Güman etmirəm ki, Roma papasının səfəri Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli təsir göstərsin. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin son vaxtlar Avropaya yönəlik addımlar atmaqda davam edir. Bu baxımdan Roma papası ilə görüş və onun səfərinin təşkil olunması Avropa ailəsi ilə qırılan tellərin yenidən bərpası cəhdi kimi qiymətləndirilə bilər. İkinci tərəfdən Vatikan ilə Azərbaycanın hakim siyasi elitası ilə biznes münasibətləri də var. Bu tərəfdən də baxıla bilərdi. İstənilən halda Roma papası ilə, Vatikanla münasibətlərin sıcaqlaşması Avropadan gələn müəyyən təzyiqlərin dalğasını bir qədər azalda bilər. Bunun demokratik inkişafa, Qarabağ kimi münaqişənin həllinə bu səfərin təsir göstərəcəyinə inanmıram...”(Ətraflı audioda...)

“BU SƏFƏR O QƏDƏR DƏ ƏHƏMİYYƏTLİ DEYİL.”

Politoloq Əvəz Həsənov isə düşünür ki, bu səfər “Multikulturalizm ili”ndə baş tutduğu üçün bəzi məsələlərə təsirsiz nəticələnməyəcək:

“Ümumiyyətlə Roma papasının Azərbaycana səfəri həm regional münasibətlər fonunda, həm də ümumi siyasi baxımdan gərgin münasibətlər fonunda baş tutur. Bu dəfəki səfərin əhəmiyyətini o qədər də şişirtmək istəməzdim. Məhz bu səfər “Multikulturalizm ili” dövründə olduğuna görə müəyyən bir effekti də olacaq. Hökumət demək olar ki, bu il çərçivəsində müəyyən tədbirlərin keçirilməsində maraqlıdır. O baxımdan çalışacaq ki, katolik dini icmasının və yaxud digər dini qurumlarla münasibətlərin normallaşması fonunda müəyyən tədbirlər həyata keçirsin. Həm də bunu bu Papanın səfəri ilə əlaqələndirsinlər. Sonda çalışacaqlar ki, müəyyən bi o siyasi plüralizmin də işartılarını bu səfərdən sonra bərpa etməyə çalışsınlar...”(Ətraflı audioda...)

“HAMIMIZ QARDAŞIQ!” DEMƏDİ.

Politoloq Elxan Şahinoğlu diqqəti Roma papasının Azərbaycanda səfərdə olarkən səsləndirdiyi fikirlərə diqqət çəkir:

“Roma papası iki ay öncə iyulun 24-də Ermənistana səfər etmişdi. Azərbaycan ictimaiyyətini narahat edən bir açıqlama da vermişdi. O, demişdi ki, Ermənistandan Azərbaycana gedəndə deyəcəm ki, torpaq uğrunda savaş düzgün deyil. Bu ona bənzəyirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, indi Azərbaycan torpaqlarının geri qayıtması üçün Ermənistanla savaşmasın. Bizə belə bir məsləhət verirdi. Və deyirdi ki, mən Azərbaycanda olanda “Hamımız qardaşıq!” şüarını irəli sürəcəm. Bu da bizim əleyhimizə olan şüar ola bilərdi. Çünki işğal faktı ola-ola biz hamımız qardaşıq dolayısı ilə o deməkdir ki, gəlin ermənilərlə də qardaş olun. Amma nə yaxşı ki, Roma papası bu fikirləri Azərbaycanda işlətmədi. Qarabağla bağlı heç bir söz demədi. Ümumi ifadələr səsləndirdi...”(Ətraflı audioda...)

Günün bütün mövzuları

XS
SM
MD
LG